"Cütün taleyi 180 dəqiqəlik mübarizədən sonra aydınlıq gəlir"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Bazel"ə 4:0 hesablı qalib gəldikləri oyundan sonra açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis oyunda iki qol vuran İlkay Gündoğanı yüksək səviyyə futbolçu adlandırıb:

 

"İlkay yüksək səviyyəli futbolçudur. Ötən mövsüm 6 ay zədə səbəbindən oynamadı. Performansına görə çox şadam. Möhtəşəm oyun nümayiş etdirdi".

 

Qvardiola cavab görüşünü ciddiyə alacaqlarını deyib: "Mükəmməl nəticə qazandıq. 1/4 finala yaxınıq. Ancaq cütün taleyi 180 dəqiqəlik mübarizədən sonra aydınlıq gəlir. Bizi cavab görüşü də gözləyir. İkinci oyuna da ciddi yanaşacağıq".

Tarix: 14 Fevral 16:12    Oxunub: 95    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.