Yığmamızın forvardını aşağılayıb, yerdən-yerə vurdular

Millimizin üzvü və "Ayntraxt"ın hücumçusu Renat Dadaşovun performansı getdikcə düşür.
 
Sportinfo.az
xəbər verir ki, Frankfurt klubunun əsas komandasına həsrət qalan oyunçunun burda oynamaq şansları sıfıra bərabərdi.

 

Bu barədə Almaniya mətbuatı yazıb. 2 il öncə gələcəyin ulduzu kimi qələmə verilən gəncin bu gün U-19 komandasında belə işləri qaydasında getmir. 


Həmkarlarımız iddia edib ki, Dadaşov "Ayntarxt"dan göndəriləcək. Yayda U-23 liqası ləğv olunacağı üçün Dadaşovla yanaşı, bir neçə futbolçunun komandada şans qazanmayacağı gözlənilir.

 

Yazıda Noel Knote, Nelson Mandela, Şahverdi Çətin, Renat Dadaşov və Deyi Beyreuterin heç bir gələcək perspektivlərinin olmadığı vurğulanıb.

 

Bu futbolçularla peşəkar müqavilə bağlanılsa da, gözləntilərin altında qaldılar. Onların yayda klubdan göndəriləcəkləri qeyd edilib.


Dadaşovu "Ayntraxt"ın baş məşqçisi Niko Kovaç əsas komanda ilə məşqlərə belə dəvət etmir. Əsas millimizdə 1 oyun keçirən forvardın müqaviləsi 2020-ci ilə qədər davam edir.

 

18 yaşlı hücumçu 2017-ci ilin yanvarında "Leyptsiq"dən "Ayntraxt"a keçmişdi: "Bu futbolçular peşəkar müqavilə bağlasalar da, yaxşı mövsüm keçirmirlər və inkişaf etmirlər. Bu, onlar üçün böyük problemdi. Çünki bu futbolçular gələn mövsüm üçün heç bir perspektiv vəd etmirlər.

 

Onların əsas komandaya yüksəlmək və sıçrayış etmək şansları çox azdı. Artıq U-23 komandası olmadığından, onlar oyun praktikasından da əziyyət çəkəcəklər. Belədə adıçəkilən futbolçuların bir çıxış yolları qalır: “Ayntraxt”ı tərk etmək və oynaya biləcəkləri komandaya keçmək”.

 

Tarix: 14 Fevral 15:48    Oxunub: 284    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.