"Onun üçün çox darıxmışdıq"

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Bazel”ə 4:0 hesabıyla qalib gələn “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola matçda komandasının qələbəsinə 2 qolla töhfə verən İlkay Gündoğanı xeyli tərifləyib.

 

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Almaniya millisinin üzvünün möhtəşəm futbolçu olduğunu deyib:

 

“İlkay Gündoğan möhtəşəm futbolçudu. Ötən mövsümdə 6 ay zədəli oldu. Bu müddətdə onun üçün çox darıxmışdıq. Bugünkü oyunundan çox razı qaldım. Əla oyun sərgilədi”.

 

Qvardiola böyük hesablı qələbəyə rəğmən, “Bazel”lə cavab oyununa da ciddi hazırlaşacaqlarını deyib:

 

“Möhtəşəm nəticə qazandıq. 1/4 finala çox yaxınıq. Ancaq cütün taleyinin 180 dəqiqədə müəyyənləşdiyini unutmamalıyıq. Cavab oyununa da ciddi hazırlaşacağıq”.

Tarix: 14 Fevral 15:12    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.