“Neftçi” yenə məğlub olacaq?

Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq.

 

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın rəsmi saytı bu oyun öncəsi "Neftçi" ilə qarşılaşmalardakı statistik göstəriciləri açıqlayıb:

 

1. Komandalar Azərbaycan çempionatlarında 22 dəfə qarşılaşıblar.

 

2. “Sumqayıt” “Neftçi” ilə qarşılaşmalardan 8 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.

 

3. Komandalar arasındakı top fərqi 26-37 “Neftçi”nin xeyrinədi.

 

4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran “Sumqayıt”lı futbolçudu (3 qol).

 

5. "Sumqayıt" son 4 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.

 

"Sumqayıt" - "Neftçi" qarşılaşması fevralın 17-də “Sumqayıt Arena"da keçiriləcək. Saat 18:30-da start götürəcək oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Tarix: 14 Fevral 15:00    Oxunub: 237    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.