Şeytana "papış" tikən Kamil braziliyalının "Neftçi"yə keçidini əngəllədi

Bugünlərdə xəbər vermişdik ki, “Neftçi”nin birbaşa müqaviləylə transfer etmək istədiyi daha bir futbolçu ilə danışıqları son anda alınmayıb.


Söhbət braziliyalı Felipe Quedesdən gedir.


Bildirmişdik ki, ölkəsində ABC-nin formasını geyinən 26 yaşlı dayaq yarımmüdafiəçisi təklif olunan müqavilə şərtləri ilə razılaşmayıb. 


Cari mövsümün nəticələrinə görə, 20 komanda arasında 19-cu yer tutaraq B divizionundan aşağı yuvarlanan klub onu sərbəst buraxmağa hazır olsa da, Quedes Bakılılardan kifayət qədər yüksək əməkhaqqı tələb edib.


Sportinfo.az bu uğursuz transfer bəzi yeni bilgilər əldə edib. Belə ki, Fransisko Qarsiya, Lukas Qomes və Mayk Kampası «Neftçi»yə soxuşdurub, külli miqdarda pul qazanan Kamil Məmmədov braziliyalı hücmuçuya öz şərtlərini diktə etmək istəyib.

 

Şeytanla bəhsə girəcək qədər hiyləgər xarakteri olan FİFA meneceri Quedesə bildirib ki, agentini dəyişib onunla işləsə, Azərbaycana yolu açılacaq və istədiyi məbləğ ona ödəniləcək.

 

Təbii ki, Məmmədov bu işdən öz «pay»ını götürməklə. «Sambaçı» uzun müddətdə çalışdığı meneceri «qırmaq» şərtilə razılaşmayıb.

Tarix: 14 Fevral 14:12    Oxunub: 551    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.