Millimizin hücumçusu Oksana ilə ailə həyatı qurur - FOTOLAR

Azərbaycan üzrə millisinin sabiq hücumçusu Fərid Quliyev və voleybol üzrə qadınlardan ibarət yığmanın üzvü Oksana Kiselyovanın toyu olacaq. 

 

Xeyli vaxtdı sevgili olan cütlük evlənmək qərarına gəliblər. 


Onlar fevralın 24-də ailə həyatı quracaq. Toy Bakıdakı məşhur restoranların birində baş tutacaq.


Sportinfo.az xəbər verir ki, Fərid 2 ildən artıqdı peəşkar futboldan uzaqlaşıb.

 

Vaxtilə «Standard»ın heyətində Premyer Liqanın bombardi olan forvard sonuncu dəfə I Divizionda «Şuşa-Qarabağ»ın formasını geyinib.


Cütlük yaxınlarda «Səadət» sarayında rəsmi nigaha girib. Fərid tərəfindən mərasimdə şahid qismində futbol ictimaiyyətinin yaxşı tanıdığı şəxs, idman mediasının yaxın dostu Əhməd Nəbizadə iştirak edib.

 









Tarix: 14 Fevral 14:00    Oxunub: 840    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.