Mourinyo "Liverpul"a söz atdı

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Premyer Liqadakı əzəli rəqibi olan "Liverpul" haqda açıqlama verib.

 

Hər zaman qalmaqallı açıqlamaları ilə diqqət çəkən təcrübəli çalışdırıcı bu dəfə də ənənəsinə sadiq qalıb.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis açıqlamasında "qırmızılar"ı kiçik klub adlandırıb. Mourinyo mersisaydlıların sabiq baş məşqçisi Rafa Benites barədə isə xoş sözlər səsləndirib:

 

"Rafa Benites şübhəsiz ki, əla çalışdırıcıdır. O, Çempionlar Liqasını məni kimi kiçik klubda qazanmağı bacardı. Mən "Portu" ilə, Benites isə "Liverpul"la qalib olmuşdu".

 

5 dəfə ÇL-in qalibi olan "Liverpul" bu baxımdan İngiltərədə bu titula ən çox sahib olan klubdur. Benites 2005-ci ildə "Liverpul"a Çempionlar Liqası turnirinin kubokunu qazandırmışdı.

Tarix: 14 Fevral 13:48    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.