"Burda başqa şərtlər var, hər şey maliyyə üzərində qurulub”

Keçən il futbolçu karyerasını bitirən “Roma”nın əfsanəsi Françesko Totti İtaliya mətbuatına müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, karyerası ərzində ancaq “canavarlar”ın şərəfini qoruyan Totti onun kimi futbolçunun bir də həyata gəlməyəcəyini deyib:

 

“Uzun müddət “Roma”ya başqa Tottinin gələcəyinə inanmıram. “Roma”nın aşağı yaş qrupundan gənc bir futbolçunun mən və ya De Rossi kimi inkişaf edib, eyni uğurları təkrarlaması mümkünsüz görünür. Artıq başqa şərtlər var. Hər şey maliyyə üzərində qurulub”.

 

Heç vaxt “qızıl top”u qazanmayan Totti, bunun səbəbi kimi “Roma”da oynamasını göstərib: “Karyeram ərzində qazanmadığım yeganə fərdi mükafat “qızıl top” oldu.

 

“Roma”da oynayarkən bu mükafatı almaq şansın “Milan”, “Real”, “Yuventus” kimi klublarda top qovan futbolçularla müqayisədə çox az olur”.

 

DÇ-2006-nın qalibi 2003/04 mövsümündə “Real”dan ciddi təklif aldığını, lakin “Roma”da qalmağa qərar verdiyini bildirib:

 

“2003/04 mövsümündə “Real”dan çox ciddi təklif almışdım. Ancaq mənim fikrim qəti idi. Yalnız bir klubda mübarizə aparıb, uğurlarımı bu klubla qazanmalıydım. Bu, mənim üçün əsas idi.

 

“Roma”ya olan bağlılığım, kuboklar qazanmaq istəyimdən daha çox idi. Bu klub üçün 101 faiz gücümlə mübarizə apardım. “Roma” mənim hər şeyim idi”.

Tarix: 14 Fevral 13:36    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.