"Qarabağ"dan getmək istəyən Şeydayev 3 klubla görüşür

«Qarabağ»da əsas heyətə düşməyən Ramil Şeydayev yayda yenidən Azərbaycanı tərk edəcək.

 

Sportinfo.az-ın məlumatına görə, Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən hücumçu AFFA-dakı tanışları vasitəsilə klub axtarışına çıxıb.

 

«Zenit»in yetirməsi təkrarən Rusiyaya qayıtmaq istəmir. Onun fikri Türkiyədə qalıb.

 

2 il öncə «Trabzonspor»la anlaşan, lakin baş məşqçi Ersun Yanalın gözünə girə bilməyən Şeydayev hazırda Super Liqa və PTT IV Liqadan 3 klubla danışıqlar aparır.

Tarix: 14 Fevral 13:24    Oxunub: 851    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.