Azərbaycandan gecəylə qaçan: "Hakimlər oynamağa qoymadı"

"Sumqayıt"ın sabiq futbolçusu Ərdal Çəlik karyerasını başa vurub.

 

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ağır zədə səbəbindən bu qərarı verməyə məcbur olub.

 

Son klubu Almaniyanın aşağı liqa təmsilçisi "Vixttal" olan futbolçu bundan sonra məşqçi kimi işləyəcəyini deyib:

 

"Karyerama davam etmək istəyirdim. Ancaq həkimlər oynamaq üçün icazə vermədilər. Uşaqları yetişdirmək üçün məşqçi olmaq istəyirəm".

 

Almaniya mətbuatında qeyd edilən məlumata görə, 2012-ci ildə "Bucaspor"dan "Sumqayıt"a transfer edilən müdafiəçi Azərbaycan millisində oynamaq üçün "gənclik şəhəri" təmsilçisinə keçib.

 

Ancaq Çəlikin "Sumqayıt" karyerası uğurlu alınmayıb. O, cəmi 2 oyun keçirib. Onu burdan komandanın ovaxtkı baş məşqçisi Bernad Raab qaçırıb. Almniyalı çalışdırıcı ilə yola getməyən türk heç kimə xəbər etmədən buranı tərk edib.

Tarix: 14 Fevral 13:12    Oxunub: 368    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.