"Futbolda şans da sənin yanında olmalıdı, 2:0-ı haqq etməmişdilər"

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino ÇL-in 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Yuventus"la səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

 

Sportinfo.az xəbər verir ki, argentinalı çalışdırıcı Turin klubunun 2:0 hesabı ilə önə keçməsini haqq etmədini deyib:

 

"Matçın böyük qismində oyuna dominantlıq edən tərəf idik. Əvvəlcə onu deyim ki, Qonsalo İquainin vurduğu ilk qolda açıq-aşkar ofsayd var idi.

 

Hesab 2:0 olduqdan sonra komandam meydanda xarakter nümayiş etdirdi. Futbolda şans da sənin yanında olmalıdır. "Yuventus" 2:0 hesabı ilə önə keçməyi haqq etməmişdi. Ancaq ikinci hissədə bərabərliyi təmin etdik".

 

Poçettino cavab matçının çətin keçəcəyini deyib: "1/4 finala yüksələcək komanda məlum deyil. "Yuventus" güclü rəqibdir və yaxşı heyəti var. Cavab görüşü ağır keçəcək".

Tarix: 14 Fevral 13:00    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.