"AFFA klubumu Premyer Liqaya buraxsa, 500 min büdcə ayıra bilərəm"

«Biz də gələn mövsüm Premyer Liqada çıxış etmək istəyirik» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Binə»nin prezidenti Teymur Həsənli deyib.

 

Divizionda debüt mövsümünü keçirən klubun birinci şəxsi bildirib ki, AFFA-nın lisenziyalaşdırma tələblərindən məlumatlıdılar:

 

«Meyarlardan ikisi ilə bağlı çətinliyimiz var. Kadr-inzibati və infrasturktur. Bunadək Binədə peşəkar klub fəaliyyət göstərmir. Yalnız həvəskar səviyyədə komandalar mövcud olub.

 

Biz bu klubu yaradanda böyük planlarımız var idi və indi də onları yerinə yetirməyə çalışırıq. Addım-addım ona doğru gedirik. Düzdü, prosens sürətlə getmir, amma çalışırıq.

 

Klubumuzun nümayəndələri lisenziyalaşdırma məsələləri ilə məşğuldu. Bütün gücümüzü qoymuşuq ki, şərtləri vaxtında yerinə yetirək. Binədə balaca bir stadionumuz var. Ora Təhsil Nazirliyinin balansındadı. Yaxınlıqdakı boş ərazi də başqa bir dövlət iradəsinə məxsusdu.

 

Binə futbolunu inkişaf etdirmək istəyirik, eyni zamanda, başa düşürük ki, bu, yalnız bizdən asılı deyil. Aidiyyatlı qurumlar və AFFA da bizə kömək etsə, yaxşı olar. Bizi aşan məsələlər var. Qəsəbə böyük stadion və baza tikmək fikrindəyik.

 

Bunun üçün bizə icazə verilməli, şərait yaradılmalıdı. Hər halda ümidimiz var ki, qarşımıza qoyduğumuz bu məqsədlərə çata bilərik. Açığını demək lazımdısa, hər şey futbola sevgi ilə olmur. Sevgi də bir yerə qədərdi…

 

Mənim üçün vacib odu ki, artıq Binədə peşəkar klub var və insanlar ona böyük diqqət göstərir. Divizionda birinci ildi çıxış edirik, lakin nəticələrimiz çox yaxşıdı. Qış fasiləsini ikinci yerdə bitirdik. «Qaradağ Lökbatan» 14 xal qabaqda olsa da, ümidimizi itirmirik və yenə də qızıl medal uğrunda mübarizəmizi davam etdirəcəyik.

 

Fasilədə bizdən 7 nəfər gedib. Aralarında qiymətli futbolçular da var. 9-10 yeni uşaq götürmüşük əvəzində. Onlar komandaya çox tez uyğunlaşdı və mən inanıram ki, çempionatın qalan hissəsini yüksək səviyyədə keçirəcəyik. Biz yuxarı yerlərdən birini tutaq, sonra AFFA-nın verəcəyi qərara baxacağıq.

 

«Binə» olaraq olisenziyalaşdırma məsələlərinə ciddi fikir veririk və çalışacağıq ki, sənədləri vaxtında çatdıraq. Sonra AFFA nə qərar verəcək, hamımız baxıb görərik. Mən onların işinə qarışa bilmərəm. Qərar verən onlardı.

 

Deməyim odu ki, «Binə» Premyer Liqada çıxış etmək istəyir, amma gələn yay mütləq orda olmağımız bizim üçün bir nömrəli şərt deyil. Əsas Binədə futbolun olması və yaşamasıdı. Komandamızın heç bir maliyyə problemi yoxdu.

 

Büdcəmiz 235-250 min manat arasındadı. Bu da divizionda normal çıxış etməyə kifayət edir. AFFA «Binə»ni Premyer Liqaya buraxsa, büdcəni indikindən iki-üç dəfə artıra bilərəm. Büdcəni 500 min manata qaldıraram. Bundan artığına bu gün söz verə bilmərəm. Başqa sponsorlardan da kömək olsa, lap yaxşı.

 

Lakin indi deyim ki, Premyer Liqada oynasaq, «Binə»nin büdcəsi milyon və milyonlar olacaq, yalan olar. Yuxarıda gedən komandalarla ayaqlaşmaq bizim üçün hələ çox tezdi. Büdcəni iki-üç dəfə artırmaqla, orta yerlərlər uğrunda mübarizə bilərik». 

Tarix: 14 Fevral 12:24    Oxunub: 917    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.