"Komandalar meydana səhv etməmək üçün çıxırlar, oynamaq üçün yox"

Dortmund “Borussiya”sının sabiq futbolçusu, hazırda “Mançester Siti”də çıxış edən İlkay Gündoğan Almaniya çempionatının səviyyəsindən narazılığını bildirib.

 

Sportinfo.az xəbər verir ki, Gündoğan Bundesliqanın səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.

 

Türk əsilli futbolçu “Bavariya” ilə digər klublar arasında kəskin fərq olduğunu deyib: “Mənim üçün Bundesliqada intriqa yoxdu. Komandaların əksəriyyəti meydana səhv etməmək üçün çıxırlar, futbol oynamaq üçün yox.

 

Əlbəttə, “Bavariya” “Bavariya”dı. Bu klub uzun illərdi ki, yüksək səviyyəli oyunla seçilir. İngiltərədə çempionluq uğrunda mübarizə aparan komandaların sayı çoxdu. Almaniyada isə “Bavariya” ilə digər klublar arasında kəskin fərq mövcuddu”.

Tarix: 14 Fevral 12:12    Oxunub: 85    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.