"Messidən xahiş etdik ki, “Barselona”da az oynasın, özünün qorusun”

Rusiyada keçiriləcək dünya çempionatı yaxınlaşdıqca futbolçuların sağlıq durumları da ön plana çıxır.

 

Sportinfo.az xəbər verir ki, Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapiya yığmanın lideri Lionel Messiyə görə narahatlıq keçirir.

 

Argentina yığmasının son 6 rəsmi oyununda ancaq Lionel Messi qol vurub. Prezident Messiyə müraciət edərək, özünü qorumağı xahiş edib:

 

“Ümid edirəm ki, bütün futbolçularımız mundiala hazırda hansı formadadırlarsa, eləcə də gedəcəklər.

 

Serxio Aquero fantastik oyun nümayiş etdirir, Messi də əladı. Biz Messi ilə danışmışıq. Ondan xahiş etdik ki, “Barselona”da az oynasın, özünün qorusun”.Argentina yığmasının son 6 rəsmi oyununda ancaq Lionel Messi qol vurub.

 

Tarix: 14 Fevral 11:24    Oxunub: 102    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.