40 yaşlı ulduz yenidən millidəki çıxışını davam etdirəcək?

“Yuventus”un qapıçısı Canluici Buffon İtaliya millisi ilə bağlı qərarını dəyişə bilər.

 

Sportinfo.az xəbər verir ki, 40 yaşlı qapıçı yenidən millidəki çıxışını davam etdirə bilər.

 

Onun “Avro-2020”nin sonuna kimi “mavi eskadra”nın formasını geyinmək ehtimalı var. Belə ki, millidə müvəqqəti məşqçi olan Luici di Byadco veteran qapıçını fikrindən döndərmək və kapitanlıq sarğısını ona vermək niyyətindədir.

 

Buffon 2018-ci il dünya çempionatının pley-off raundunda İsveçlə oyundan sonra (0:0) milli karyerasını başa vurduğunu açıqlamışdı.

Tarix: 14 Fevral 11:12    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.