"Bizim reklam üçün yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik"

Gənclər və idman naziri Azad Rəhimov Formula-1 yarışlarına Azərbaycanın nə qədər pul xərclədiyini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, nazir bildirib ki, Azərbaycan paytaxtımızda keçirilən Qran Prinin keçirilməsi üçün sərf olunan ümumi xərcin 80 faizini ödəyir.

 

Onun sözlərinə görə, mərhələ yarışları zamanı turistlərin sayı 30 faiz artır. "Əsas gəlir bilet satışından əldə olunur.

 

Bizim reklam üçün nəzərdə tutulan yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik. Bütün hüquqlar "Formula 1" rəhbərliyinə aiddir", - deyə nazir bildirib.

 

Nazir deyib ki, ötən illə müqayaisədə bilet satışı da 30 faiz artıb. Bu il Azərbaycanın Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.

Tarix: 14 Fevral 11:00    Oxunub: 259    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.