Premyer Liqamızın sponrsoru erməni klubunu mərcə qoydu

Premyer Liqanın sponsoru olan  "Topaz” mərc şirkəti sabaha olan mərc proqramını müştərilərə təqdim edib.

 

Sportinfo.az xəbər verir ki, proqramda ermənilərin də oyunu yer alıb.

 

Söhbət ermənilərin təsis və himayədarlıq etdiyi Rusiya II Liqasının Mərkəz zonasında çıxış edən "Ararat”la "Tümen” arasında keçiriləcək yoldaşlıq matçından gedir.

 

Sabah saat 20:00-da başlayacaq görüşdə "Ararat”ın qələbəsi 3,65 əmsalla dəyərləndirilib. Heç-heçəyə 3,10, tümenlilərin qələbəsinə isə 1,65 əmsal verilib.

 

"Ararat” Ermənistanın siyasi maraqlarına xidmət edən klubdur. Təsadüfi deyil ki, daha əvvəl bu komandanın "Ryazan”la görüşündə Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ”ı nümayiş etdirilib. Buna görə hətta AFFA RFS-ə müraciət ünvanlayaraq faktla əlaqədar tədbir görülməsini istəmişdi.

 

Tarix: 14 Fevral 10:48    Oxunub: 421    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.