Premyer Liqa oyunlarının yayım hüququ üçün 4,5 milyard!

İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 4,464 milyard funt-sterlinq qarşılığında iki kanala satılıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi internet saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, İngiltərə çempionatının 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq oyunlarının yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. Artıq həmin paketlərdən 5-i satılıb.

 

“Sky Sports” 3,58 milyard funt-sterlinq qarşılığında 4 paket alıb. Sözügedən kanal həmin dönəmdə 128 Premyer Liqa matçını canlı yayımlamaq şansı əldə edib.

 

“BT Sport” isə 884 milyon funt-sterlinq qarşılığında cəmi 1 paket alıb və 32 oyunu canlı göstərmək fürsəti qazanıb.

 

Hər birində 20 matç olan qalan iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.

 

Premyer Liqanın 2015-2019-cu illər aralığındakı mövsümlərində baş tutan oyunların yayım hüququ 5,14 milyard funt-sterlinqə satılmışdı.

Tarix: 14 Fevral 10:36    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.