Çempionlar Liqasında bir mövsümə ən çox top vuran ingilis

Tottenhem”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ingilis futbolçular arasında bir mövsüm ərzində ən çox top vuran həmyerlisi Stiven Cerardın rekordunu təkrarlayıb.

 

Sportinfo.az xəbər verir ki, artıq hər iki futbolçunun hesabında 7 qol var.

 

Harri Keyn artıq karyerasını başa vurmuş Cerarda ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Yuventus” klubu ilə səfər oyununda vurduğu qol sayəsində çatıb.

 

Cerard isə bu rekorda "Liverpul"un heyətində 2008/09 mövsümündə imza atıb. “Tottenhem”in forvardı İngiltərənin ÇL-dəki ən məhsuldar futbolçusuna çevrilmək şansı da var.

 

O, ən azı “Yuventus”la cavab matçında fərqlənməklə mütləq rekordçuya çevrilə bilər. İlk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan “Tottenhem”lə “Yuventus” arasındakı cavab qarşılaşması martın 7-də Londonda keçiriləcək.

Tarix: 14 Fevral 09:48    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.