“Qəbələ”ni bu xəbərə üzdü

“Qarabağ”la 15-ci tur çərçivəsində “Azərsun Arena”da baş tutan oyunda heş-heçə edən “Qəbələ” indi diqqətini “Zirə” ilə növbəti ağır və önəmli qarşılaşmaya yönəldib. 


Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” növbəti turun mərkəzi matçının hazırlığına başlayıb.

 

Bölgə təmsilçisi “Bakı”nın təlim-məşq bazasında gündə bir məşqə çıxır. Ancaq Baqali Dabo hazırlıq prosesində iştirak etmir.

 

“Qarabağ”la qarşılaşmada zədələnərək erkən əvəzlənən “Qəbələ”nin bombardiri “Zirə” ilə oyunu buraxacaq.

 

Sol ayağında ödəm (su yığılması) əmələ gələn forvard 2 həftə meydana ayaq basmayacaq. Həkimlər onun zədəsinin cbu müddətdə düzələcəyini düşünür. 

Tarix: 14 Fevral 09:24    Oxunub: 222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.