Bu ölkə Azərbaycan klubları üçün baş məşqçi "istehsal edir"

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan milli çempionatları tarixinə növbəti əcnəbi çalışdırıcı kimi düşüb.

 

Sportinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin debütü qış fasiləsindən sonrakı turda - "Səbail"lə "İnter Arena"da 1:1 hesabıyla nəticələnən XV turun matçında reallaşıb.

 

Maksimov hazırkı klubunda 5-ci əcnəbi, Premyer Liqamızda 9-cu ukraynalı baş məşqçi olub. Onadək həmyerlilərindən 3-ü məhz indiki klubunda olub. Söhbət "Keşlə" "İnter" adlanan dövrdə işləmiş Anatoli Konkov, Oleq Smolyaninov və Roman Pokoradan gedir.

 

Yeri gəlmişkən, ölkəmizdə işləmiş ilk ukraynalı mütəxəssis Konkov olub. "İnter"in digər 2 əcnəbi çalışdırıcısı gürcülər - Kaxaber Tsxadadzeylə Zaur Svanadze idi. 

 

Milli çempionatımızda işləmiş digər 5 ukraynalı baş məşqçi Vitali Pasulko ("Xəzər Lənkəran"), Roman Pokora ("Simurq"), İqor Nakoneçnı ("MKT-Araz"), Anatoli Demyanenko ("Neftçi") və Roman Qriqorçukdu ("Qəbələ") .

 

Ümumiyyətlə, ukraynalı mütəxəssislər qazandıqları nailiyyətlərlə futbol tariximizdə xüsusi iz buraxıblar. Təsadüfi deyil ki, ölkəmizdə titul qazanan ilk əcnəbi mütəxəssis 2008-ci ildə "İnter"i çempion edən Pokora olub. Artıq tarixin yaddaşına köçən əyalət təmsilçiləri - Zaqatala "Simurq"uyla İmişli "MKT-Araz"ı avrokuboklarda məhz ukraynalı çalışdırıcıları, müvafiq olaraq Pokora və Nakoneçnının rəhbərliyi altında çıxış ediblər.

Tarix: 14 Fevral 09:12    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.