Adams: "Bakı da bundan böyük fayda görüb"

“Hazırda “Formula-1” üzrə dünya Qran-prisi 503 milyon azarkeşi əhatə edir”. 

 

"Report"un məlumatına görə, bunu "Formula One Management" şirkətinin Təşkilati və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunan konfransdakı çıxışında deyib. 

 

Sportinfo.az xəbər verir ki, o bildirib ki, azarkeşlərin sayı Avropada çoxluq təşkil etsə də, şirkət digər qitələrə də nüfuz etməyi planlaşdırır:

 

"Getdikcə azarkeş sayında artım müşahidə olunmaqdadır Yarış ev sahibi ölkə üçün böyük tanıtım imkanıdı.

 

Bakı da “Formula-1”dən böyük fayda görüb. Normalda idman yarışına gələn insanlar ölkədə başqa yerləri də ziyarət edirlər. Üç gün ərzində yarışla bərabər yerli mədəniyyətlə də tanış olurlar”.

Tarix: 14 Fevral 08:24    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.