Həkimlərin qadağasına görə 26 yaşında futboldan getdi

İngiltərə yığmasının və “Hall Siti”nin yarımmüdafiəçisi Rayan Meyson futbolçu karyerasını 26 yaşında başa vurmalı olub.

 

Sportinfo.az xəbər verir ki, o, ötən mövsüm komandasının “Çelsi” ilə oyununda rəqib futbolçu Qari Keyhillə toqquşma nəticəsində başından ağır zədə almışdı.

 

Həkim müayinəsi nəticəsində Meysonun başında çat aşkarlanmışdı. Bu vaxta qədər müalicə alan Rayan futbol oynayacağı günü səbrsizliklə gözləsə də, dünyanın aparıcı nevroloq və cərrahları ona yenidən yaşıl meydana qayıtmağı qadağan ediblər.

 

Artıq “Hall Siti” də Meysonun bir daha futbol oynaya bilməyəcəyini rəsmən bəyan edib. Karyerasına “Tottenhem”də başlayan, 2016-cı ildə klub rekorduna imza atmaqla 13 milyon funt-sterlinqə “Hall Siti”yə transfer edilən Meyson İngiltərə yığmasında da bir oyun keçirib.

Tarix: 14 Fevral 08:12    Oxunub: 80    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.