"Mançester Siti"dən 4 qol, Turində heç-heçə - 2 VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

 

Sportinfo.az xəbər verir ki, mərhələnin ilk oyun günündə 2 qarşılaşma keçirilib.

 

“Bazel” “Mançester Siti”ni, “Yuventus” isə “Tottenhem”i qəbul edib. İngiltərə Premyer Liqasında işləri qaydasında gedən “Mançester Siti” ən yaxın izləyicisi “Mançester Yunayted”i 16 xal qabaqlayır.

 

Məhz bu amil Xosep Qvardiolanın yetirmələrinin İsveçrəyə rahat yollanmasına şərait yaratmışdı. “Şəhərlilər” cütün aşkar favoriti idi.

 

“Bazel” isə doğma meydanda bu mərhələyə boş yerə yüksəlmədiyini sübut etməyə çalışacaqdı. Lakin İngiltərə təmsilçisi rəqibindən aşkar üstün olduğunu 4 cavabsız qolla sübut edib.

 

Günün digər oyununda “Yuventus” “Tottenhem”i qəbul edib. Çempionlar Liqasının son finalçısı doğma meydanda keçirilən oyundan qələbə ilə ayrılmağı planlaşdırırdı.

 

16 oyundu məğlub olmayan, son 11 matçı isə qələbə ilə başa vuran Massimiliano Alleqrinin yetirmələri bu müsbət seriyanı hotspurlularla qarşılşamada da davam etdirmək istəyirdi.

 

“Tottenhem” isə çətin Turin səfərindən sərfəli hesabla qayıtmağı hədəfləmişdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Az sonra Qonsalo İquayn dublunu da rəsmiləşdirib. Lakin qalan dəqiqələrdə iki qol vuran ingilislər məğlubiyyətdən qaçmağı bacarıblar. Nəticədə, bu oyun məhsuldar heç-heçə ilə yekunlaşıb.

 

Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə) 0:4

Qol: İlkay Gündoğan, 14; 53. Bernardo Silva, 18. Serxio Aquero, 23.

Cəzalı: Yoxdu
Zədəli: Luka Zuffi, Cermano Vailati (hamısı “Bazel”), Leroy Sane, Benjamin Mendi, Fabian Delf, Qabriel Jezus (hamısı MS), David Silva (şübhəli, MS)
Baş hakim: Yonas Eriksson (İsveç)
Yer: Bazel. “Sent Yakob-Park” stadionu

 

Yuventus (İtaliya) - Tottenhem (İngiltərə) 2:2

Qol: Qonsalo İquayn, 2; 9-pen - Harri Keyn, 35. Kristian Eriksen, 71.

Cəzalı: Yoxdu
Zədəli: Stefan Lixtştayner, Xuan Kuadrado, Bleys Matyuidi, Andrea Barzalyi, Paulo Dibala (hamısı “Yuventus”) 
Baş hakim: Feliks Brix (Almaniya)
Yer: Turin. “Yuventus” stadionu

 

Bazel (İsveçrə) - Mançester Siti (İngiltərə) 0:4Yuventus (İtaliya) - Tottenhem (İngiltərə) 2:2

 

Tarix: 14 Fevral 08:00    Oxunub: 83    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Fevral 2018
18 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.