Koutinyo həyat yoldaşına görə Portuqaliya vətəndaşı olur

“Barselona”nın braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “Mundo Deportivo” nəşri yayıb.

 

Koutinyonun həyat yoldaşı Portuqaliya vətəndaşıdı. Cütlük artıq 3 ildi evlidi. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına yiyələnə bilər.

 

Futbolçu Portuqaliya vətəndaşlığını alsa, “Barselona”da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq.

 

Belə ki, La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər.

 

“Barselona”da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə “Barsa” daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək. 

Tarix: 14 Fevral 00:40    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.