"Bir insanı günahlandırmağı sevmirəm, kobud səhvləri var idi"

PSJ-nin hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Real”la oyun barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, uruqvaylı forvard İspaniyanın “Marca” nəşrinə açıqlamasında Madrid təmsilçisi ilə oyunöncəsi həyəcanlı olduğunu deyib:

 

"Real"la qarşılaşmaq həyəcanlı gəlir. Tarixi oyun baş tutacaq və stadionda atmosfer əla olacaq. Çempionlar Liqasının qalibi olmaq istəyirəm və bunun üçün qollar vurmağa hazıram".

 

Kavani ötən il PSJ-nin "Barselona"ya uduzduqları oyunu unutduqlarını deyib: "Ötən mövsüm "Barselona"ya pis bir şəkildə uduzduq. Ancaq bu məğlubiyyətdən dərs çıxarmışıq. Daha çox təcrübə qazandıq.

 

İndi də mübarizəni davam etdiririk. O oyunda hakim Dəniz Aytəkinin kobud səhvləri var idi, amma bir insanı günahlandırmağı sevmirəm. Uduzduğunuz oyunların 98 faizi etdiyiniz səhvlərdən və rəqibin gücündən baş verir. Digər şeylər isə önəmli deyil".

Tarix: 13 Fevral 21:00    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.