"Mən danışsam, onun üçün pis olacaq! Onu edən namussuz və qeyrətsizdi!" - ŞOK AÇIQLAMA!

“Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev postundan uzaqlaşdırılmasıyla bağlı bu gün mətbuatda yeni məlumat yayılıb. 


Futbolinfo.az xəbər verir ki, bu gün onun istefası tam rəsmiləşəcək: «Artıq onun yerinə kimin təyin olunacağını da öyrənmişik.

 

Belə ki, Nəbiyevin Yasin Abbasovla əvəzlənməsi gözlənilir. Gün içində Nəbiyevin istefası rəsmiləşən kimi Abbasovun da təyinatı gerçəkləşəcək.

 

Danışılmış oyunlarda adı hallandırılan “Turan Tovuz”un Nadir Nəbiyevi işdən çıxarması onun qurban verilməsi kimi də dəyərləndirilə bilər».


Sportinfo.az olaraq adıçəkilən şəxslərin münasibətini öyrənməyə çalışdıq.

 

Yasin Abbasov zəngimizə cavab vermədi, Nadir Nəbiyev isə bu tip informasiyaların mətbuatap məqsədli şəkildə ötürüldüyünü bildirdi:

 

«Mən həmin adamı yaxşı tanıyıram. Bu söhbət iki-üç nəfərin arasında olub və dəqiq bilirəm ki, onu mətbuata kim sızdırıb. Burdan həmin adama üzümü tutub deyirəm ki, məni danışdırma! Danışsam, sənin üçün çox pis olacaq.

 

Xeyr, o adam klubda işləmir. Kənar bir şəxsdi. Mətbuata belə xəbərlər ötürməkdə məqsədi nədi, nəyə nail olmaq istəyir, mən onu da yaxşı bilirəm. Hər şeydən xəbərim var. «Turan»dan istefa verməmişəm, burda da başqa fikirlə qalmamışam.

 

Gəlmişik ki, «Turan»ı yaşadaq, Tovuz futbolunu inkişafına kömək olaq. Oyun alqı-satqıları haqda deyilənlərdən isə zərrə qədər də narahat deyiləm. Bu, şərəf və namus məsələsidi.

 

Bu gün oyun satan sabah rayonunu da, millətini də, hər bir şeyini də satar. Onu edən namussuz və qeyrətsizdi! Mən «kofisent» atan futbolçular barədə ikinci söz deyə bilmərəm.

 

«Turan»da bütün işlər şəffafdı. Heç kimdən heç bir gizli iş tutmamışıq. Bilsəm ki, «Turan»ın hansısa futbolçusu danışılmış oyuna gedib, mən nəinki 1 gün, heç 1 dəqiqə də qalmaram burda. O gündən sonra bir də «Turan»ın oyununa baxmaram.

 

Vəzifədən ikiəlli tutub yapışmamışam. «Turan» rəhbərliyi çempion olduğumuz ötən mövsümdə də, elə bu çempionatın gedişində də bir neçə dəfə AFFA-ya müraciət edib, şübhələndiyi oyunlar barədə araşdırma aparılmasını istəyib. Biz kimlərinsə yanında gözükölgəli deyilik, alnımız açıq, əməlimiz düzdü».

Tarix: 13 Fevral 20:36    Oxunub: 1067    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.