"Mərhələni keçmək istəyiriksə, səhv etməməliyik"

Çempionalr Liqasında 1/8 final mərhələsi çərçivəsində PSJ səfərdə "Real"ın qonağı olacaq.

 

Sportinfo.az xəbər verir ki, qarşılşamadan öncə parislilərin müdafiəçisi Markinyoz fikirlərini açıqlayıb.

 

Təcrübəli futbolçu mərhələ adlamaq üçün mübarizə aparacaqlarını deyib: "Bunun böyük bir meydan oxuma olacağını düşünürəm. Ən üst səviyyəli bir rəqiblə qarşılaşdığımızda 150 faiz hazır olmaq və bütün enerjimizi meydanda göstərmək məcburiyyətindəyik.

 

Madriddə qələbə qazanmaq üçün qüsursuz bir performans göstərməliyik. Mənim üçün dünyanın ən yaxşı hücumçularına qarşı oynamaq zövq verəcək. Ağlımdakı tək şey yaxşı oyun ortaya qoymaq və azarkeşlərimizin üznü güldürməkdi.

 

Çempionlar Liqasındakı təcrübələrimiz dəyişib. Ötən mövsüm "Barselona"ya qarşı iki fərqli matç oynadıq. Amma bu iki matçdan çox şey öyrəndik. Bu oyunlar böyüməyimizə və özümüzü inkişaf etdirməyə kömək etdi. Sadəcə mənim yox, bütün komandamızın.

 

Çempionlar Liqası çox özəl bir yerdi. Liqa 1-də etdiklərimiz Avropada heç bir önəm kəsb etmir. Məsələn İngiltərə Premyer Liqası gərgin mübarizənin getdiyi bir çempionatdı.

 

Amma ingilis klubları ÇL-də çox tez-tez uğur qazanmırlar. Bizim də Liqa 1-in zirvəsində olmağımızın "Real" qarşısında heç bir önəmi yoxdu. Bu cütlük fərqli çempionatlardan iki güclü komandanı üz-üzə gətirəcək.

 

Məncə Madriddə möhtəşəm oyun sərgiləyəcəyik. Mərhələni keçmək istəyiriksə, səhv etməməliyik.

 

Çox çətin oyun olsa da, özümüzə inanmalı, komanda oyunu göstərməliyik. Nələr edəcəyimizi və fəlsəfəmizi bilirik. Sadəcə bunları Madriddə həyata keçirmək qalır".

Tarix: 13 Fevral 19:24    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.