"Lans"dan gələn: "Qarabağ" əla klubdu! Orda gözüm açıldı"

"Qarabağ"ın sabiq futbolçusu, Fransanın III Liqa klubunda çıxış edən “Qrenobl”la yenicə anlaşan Əlhərbi Əl Jadeyui Azərbaycanda keçirdiyi günləri xatırlayıb.


Sportinfo.az xəbər verir ki, Fransa mətbuatına (madeinlens) danışan mərakeşli futbolçu "Qarabağ"ı karyerasındakı ən yaxşı klub adlandırıb.


2015-ci ildə "Lans"dan "Qarabağ"a keçən Əlhərbi deyib: "Qarabağ" karyeramın ən yaxşısıdı. Əla klubdu. Azərbaycana getməklə legioner həyatı yaşadım və gözlərim açıldı.

 

Avropa Liqasının qrup mərhələsində, Çempionlar Liqasının təsnifat mərhələlərində çıxış etməklə təcrübəmi artırdım. “Qarabağ”da ölkə çempionu oldum, titul qazandım.

 

Bu, həm futbolçu, həm də insan kimi inkişafıma təkan verdi. Bir insan kimi orda çox dəyişdim və müsbət yöndə inkişaf etdim. "Qarabağ"a yeni gedəndə ingilis dilində bir söz belə olsun bilmirdim".


2016-cı ildə "Qarabağ"dan ayrıldıqdan sonra Tailanda - "Ratçaburi"yə keçən 32 yaşlı yarımmüdafiəçi burda təəccübləndiyini deyib:

 

"Tailand ekzotik ölkədi. Mən sözün yaxşı mənasında təəccübləndim. Tailand futbolunun strukturlaşdırılmış olduğunu düşünməzdim".

 

Tarix: 13 Fevral 19:00    Oxunub: 427    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.