RƏŞAD: "Baş məşqçi bunu paltardəyişmə otağında özümüzə də söylədi"

«Zirə» ilə iki fərqli hissə oynadıq. Oyunun taleyini elə fasiləyədək həll edə bilərdik».


«Sumqayıt»ın hücumameylli yarımmüdafiəçisi Rəşad Eyyubov Sportinfo.az-a açıqlamasında Premyer Liqanın üçüncü dövrəsinin ilk turunu dəyərləndirib.


O, 1:1 hesabıyla başa çatan səfər qarşılaşmasının nəticəsinin ədalətli olduğunu deyib: «Birinci hissədə ərazi üstünlüyü bizim tərəfdə idi. Bir neçə epizodda fərqlənə bilərdik.deyə bilmərəm fasilədə nə oldu,

 

ikinci hissədə «Zirə» daha çox hücuma çıxdı. Yenə də hər iki tərəfin qol epizodları varıydı. Zirə çətin səfərdi. Bunu göz önünə alsaq, 1 xal da komandamız üçün yaxşıdı. Rəqibin heyətində yeni futbolçular gördük. Onlar «Zirə»ni bir qədər də gücləndirib». 


Baş məşqçi Samir Abasov oyunsonrası mətbuat konfransında ad çəkmədən komandasının bəzi üzvlərini sərt tənqid edib: «Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi. Oyuna yaxşı başladıq, sonda 1:2, 1:3 uduza bilərdik.

 

Bunu ataq birinci oyun olmasının üstünə. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadı. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, oyunun tez başa çatmasını arzulayırdılar.

 

Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidilər. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli, oynamağa layiq deyil. Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda “Zirə” tam üstün oynadı. Komandamızda, demək olar ki, dəyişiklik yoxdu”.


Görəsən, Abasov paltardəyişmə otağında futbolçularına nə söyləyib? Rəşadı dinləyək: «Baş məşqçinin jurnalistlərə dediklərindən xəbərim var. Bunu özümüzə də söylədi. Ad çəkmədi, düzdü. Ancaq narazılığını dedi, bizdən fərqli oyun gözlədiyini söylədi.

 

Yəqin ki, özü kimdən narazı qaldığını sizə söyləyər. Samir Abasov baş məşqçimizdi, futbolçuları da hamıdan yaxşı tanıyır. Ö, kənardan hər şeyi müşahidə edirdi və tənqid etməkdə haqlıdı. Mən onun əvəzinə nəsə deyə bilmərəm». 


Eyyubovun sözlərinə görə, «Sumqayıt»ın tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmaq şansı var:

 

«Çempionatda dördüncü yeri tutsaq, yaxud ən pis halda beşi götürsək, Avropaya gedə bilərik. Kubokda yarımfinala çıxmışıq və burda da nəticə əldə etmək özümüzdən asılıdı.

 

Komandamız qış fasiləsində bir qədər də güclənib. Amma mövsümü liderlər qrupunda başa vurmaq üçün indi daha artıq çalışmalıyıq. Çünki rəqiblərimizdən güclənməyən yoxdu. «Qarabağ», «Qəbələ» və «Zirə» xal cəhətdən xeyli qabaqdadı.

 

Digərlərindən «Neftçi»nin yeni legionerlər aldığını və gücləndiyini bilirik. «Kəpəz»in heyəti demək olar tamamilə dəyişib. «Səbail»ə gələn yerlililərin və legionerlərin də sayı çoxdu. «Keşlə»də bu iş gedib. Yəni ki, çempionatın qarşıdakı 13 turu çox intriqalı keçəcək.

 

Bir oyun da asan olmayacaq. Hər birinə cddi hazırlaşıb, qarşımıza qoyduğumuz məqsədi yerinə yetirməliyik. Çempionatda 8 klub mübarizə aparır və 5-i arasında xal fərqi çox da böyük deyil. Bir-iki ardıcıl qələbə və ya məğlubiyyət turnir cədvəlinə ciddi təsir edir».

 

Tarix: 13 Fevral 18:48    Oxunub: 397    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.