Federasiya klubun 3 xalını sildi: 90 min avro cərizə ödəyəcək

Yunanıstan Super Liqasında çempionluğa iddialı klublardan olan "Olimpiakos" ağır cəzaya məruz qalıb.

 

Sportinfo.az xəbər verir ki, Afina derbisində AEK-lə oyundan sonra qalmaqal yaşanması "Olimpiakos"a baha başa gəlib.

 

Belə ki, ölkənin futbol federasiyası klubun 3 xalını silib. Üstəlik "Olimpiakos" 2 ev oyununu da azarkeşsiz keçirəcək və 90 min avro cərizə ödəyəcək. 

 

PAOK-dan 6, AEK-dən 4 xal geri olan Afina təmsilçisinin 43 xalı 40-a endirilib.

Tarix: 13 Fevral 18:36    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Aprel 2018
21 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.