"Binə"nin prezidenti: "Komandam "alver" edə bilməz, mənim üçün ən əsas məsələ şərəfdi"

«Ramin Musayevin 1-2 klubun çempionatdan kənarlaşdırıla bləcəyi ilə bağlı açıqlamasından xəbərdaram».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Binə»nin prezidenti Teymur Həsənli deyib.


Bakıətrafı qəsəbə təmsilçisinin rəhbəri yaratdığı klubun danışılmış oyunlarda iştirak etmədiyini bildirib:

 

«Mənim üçün həyatda ən əsas məsələ şərəfdi. Bundan o tərəfi ola bilməz. Şərəfi olan insan isə heç vaxt çirkli işlərə özünü bulaşdırmaz.

 

Mən bu klubu futbola olan sevgimdən yaratmışam. Fikirləşmişəm ki, artıq Binədə də peşəkar futbolun olması vaxtı gəlib çatıb. «Binə»nin maliyyələşməsində məndən başqa heç kim iştirak etmir. Bütün işləri daxili imkanlarımız hesabına görürük.

 

Yayda, çempionatın başlamasından bir qədər əvvəl bəzi mətbuat orqanları «Şərurspor»un prezidenti Sədar Bağırovun «Binə»yə sponsorluq etdiyini yazırdılar. Pis çıxmasın, mənim onunla heç bir tanışlığım yoxdu.

 

Haqqında eşitdiklərim mətbuatda oxuduqlarımla məhdudlaşır. Nə üz-üzə gəlmişəm, nə də əvvəldən bir-birimizi tanımışıq. O cümlədən, «Qarabağ»ın məşqçisi Namiq Yusifovu. Bu şəxslər barədə qiyabi məlumatlıyam və onların «Binə» ilə yaxından-uzaqdan əlaqəsi yoxdu.

 

Ramin Musayevin o sözləri söyləyərkən, klubumuzu nəzərdə tutmamasına əminəm. Belə bir hal dünyasında ola bilməz. Mənim futbola gəlməkdə başqa bir marağım olmayıb. İstəmişəm ki, Binə camaatının öz klubu olsun. Çünki bu böyük qəsəbədə futbolun azarkeşlərinin sayı hədsiz dərəcədə çoxdu. Onlorın stadiona gəlib sevinməsi mənə bəsdi.

 

Klubu yaratmıamışıq ki, adımız xoş olmayan söz-söhbətlərdə çəkilsin. Biz AFFA və Peşəkar Futbol Liqası ilə daim əlaqədəyik. Onlara nəsə bir sözüm olanda, deyirəm və cavab alıram. Hələ indiyədək bu təşkilatlardan klubumuzun ünvanına xırda bir irad eşitməmişəm. Qarşılıqlı münasibətlərimiz çox yaxşıdı.

 

Mən bilmirəm Ramin Musayev hansı klubları nəzərdə tutub, bir daha təkrar edirəm ki, «Binə» bu siyahıda yer almır. Prezident kimi həm özümə, həm də komandama cavabdehəm. Bizdə oyun alqı-satqısı ilə məşğul olan 1 nəfər də yoxdu. Öz işinə istəklə, vicdanla və peşəkar yanaşan kollektivimiz var. «Binə» sırf gözəl insanlardan ibarətdi».

Tarix: 13 Fevral 17:24    Oxunub: 536    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.