“Neftçi” Vahid və Alimin əziz xatirəsini heç vaxt unutmayacaq!

Bu gün “Neftçi” PFK-nın iki əməkdaşı Vahid Həmidov və Alim Məmmədovun vəfatından 8 il ötür.

 

“Neftçi”də qısa müddət işləməsinə baxmayaraq kollektivin sevgisini qazanmış Alim Məmmədov az müddətdə yaddaşlara həkk olundu.

 

Bacarıqlı əməkdaş olmaqla yanaşı Alimin qəlbində doğma “Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alim həm də sadiq dost, etibarlı sirdaş idi. Onun vəfatı həm “Neftçi” ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu.

 

Həmin qəzada dünyasını dəyişmiş kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini “Neftçi”də çalışdı. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı.

 

Bu gün onlar cismən bizimlə deyil, amma Vahid və Alimin əziz xatirəsi “Neftçi” ailəsi tərəfindən unudulmayacaq. Mərhum əməkdaşlarımızın ailəsinə Allahdan səbr diləyirik.

 

Allah rəhmət eləsin!

Tarix: 13 Fevral 17:00    Oxunub: 187    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.