15-ci turun hakimləri bəllidi

Sabah futzal üzrə Yüksək Liqada 15-ci turun 2 oyunu keçiriləcək. 

 

Sportinfo.az xəbər verir ki, qış fasiləsindən sonra keçiriləcək ilk oyunda əzəli rəqiblər üz-üzə gələcək.

 

 

CBC Sport kanalında canlı yayımlanacaq matç 14:30-da start götürəcək. Turun ikinci oyununda isə cari mövsümün debütantları qarşılaşacaq. 

 

“Neftçi” – “Yasamal” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “Neftçi”nin bir neçə oyunçusunun səhhətində problem yaranmasıdı. 

 

Artıq oyunları idarə edəcək hakimlər də müəyyənləşib. Təyinatları diqqətinizə çatdırırıq:

 

“Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Ağarza Rzayev

 

“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Şahin Cəfərov

Tarix: 13 Fevral 16:48    Oxunub: 109    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.