Nə günlərə qaldın… - VİDEO

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 15-vi tur çərçivəsində keçirilən görüşdə "Qarabağ" "Qəbələ"ni 5:3 hesabıyla məğlub edib.

 

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfində əvəzedici heyətə göndərilən Ağabala Ramazanov və Ramil Şeydayev "qırmızı-qaralar"la matçda fərqləniblər.

 

Ramazanov 2, Şeydayev isə 1 dəfə rəqibi məyus edib. "Qəbələ"nin də heyətində millimizin üzvü olan Elvin Məmmədov dubla imza atıb.

 
Əvəzedicilərin yarışında turnir cədvəlinə 35 xalla "Qəbələ" başçılıq edir. "Səbail" 27 xalla ikincidir. "Qarabağ" 17 xalla 6-cı yerdə qərarlaşıb.
 

 

Tarix: 13 Fevral 16:24    Oxunub: 359    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.