Messi rəqiblərinin adını çəkdi

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi bu il üçün “qızıl top” mükafatı uğrunda rəqiblərini açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, son 10 ildə mükafatı “Real”ın hücumçusu Kriştiano Ronaldo ilə bölüşən Leo, xarici mətbuata açıqlamasında bu il mükafat uğrunda mübarizənin daha gərgin keçəcəyini bildirib:

 

“Hazırda dünyada “qızıl top”u qazana biləcək çox oyunçu var. Son illərdə iki futbolçu arasında bölüşdürüldü, ancaq indi Neymar, Kilian Mbappe və Luis Suares kimi oyunçular da əsas namizədlərdi”.

 

Messi cari mövsümdə şans qazandığı 36 oyunda 27 qol vurub, 14 məhsuldar ötürmə edib. Son 10 ildə “qızıl top” mükafatını ancaq Messi və Ronaldo qazanıb. Argentinalı və portuqaliyalı hücumçular hərəyə 5 dəfə bu mükafata yiyələniblər.

Tarix: 13 Fevral 16:12    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.