"Heyvan kimi döyüşdülər, bunu onlara kompliment kimi deyirəm"

İngiltərə Premyer Liqasının 27-ci turunda səfərdə “Nyukasl”a uduzan (0:1) “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyunla bağlı fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında rəqibin heyvan kimi mübarizə apardığını deyib:

 

“Nyukasl”ın futbolçuları heyvan kimi döyüşdülər. Bunu onlara kompliment kimi deyirəm. Futbol tanrısı da bu gün onların yanında idi.

 

Rəqib hesabda önə keçdikdən sonra meydanda canlarını qoydular. Bu, oyunda qalib gəlməyin ən yaxşı yoludu”.

 

Mourinyo 66-cı dəqiqədə meydandan çıxardığı Pol Poqbanın erkən əvəzlənməsinə zədənin səbəb olmadığını deyib: “Poqbanın zədə problemi yoxdu. Buraxdığımız qoldan öncə onu əvəzləməyi fikirləşirdim”.

Tarix: 13 Fevral 16:00    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.