Elxan Məmmədov federasiya başçısından qorxur, yoxsa..?

Son məğlubiyyət qələbədən də xeyirli ola bilər. Təki bundan nəticə çıxarılsın...

 
Diqqətli oxucularımız yəqin xatırlayar ki, futzal millisinin ilk dəfə vəsiqə qazandığı 2010-cu il qitə çempionatına, onun yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yazılarımızda, elə «Araz»ın da UEFA Kuboku uğurları, həmçinin ölkəmizin mötəbər futzal yarışlarına ev sahibliyi etdiyi dövrlərdə bunu dəfələrlə qeyd etmişdik. 


Lakin bu dəfə, nəhayət ki, buna ictimai reaksiya verilməsinin şahidi olduq. Sanki ötən illər ərzində bu, heç kimin yadına belə düşmürmüş.

 

Soyuq duş effektini verən 1:8 hesabı yağışlardan çıxıb yağmura düşərək suyu süzülə-süzülə evinə dönən komandanın düşdüyü aciz, naçar vəziyyətini əvvəldən görür və ovqat korlamaq istəmədiyimiz yarış ərəfəsi məqaləmizdə də ehmalıca bu məqama dəiqqət çəkmişdik.

 

Komandanın bu uğursuzluğuna çox səbəb axtarmaq olar. Konkret günün reallığını ilə danışsaq, birincisi, hazırlıq planının yetərli olmamasını söyləməliyik. Hətta yoxlama matçlar seriyasının olmaması birbaşa hazırlığın konkret çatışmazlıqlarıdı.

 

Üstəlik, Joze Alesio tanıdığı oyunçu heyəti ilə strateji hədəflər bir kənara, ən azı, standart taktiki gedişlər hazırlığını edə bilməmişdi. Bəlkə də səbəbi artıq heyətin bir qisminin yerli şəraitdə oynamamasıdı. Hərçənd onu da qeyd edək ki, bu komanda indiki potensialı, oyunçu qalaqurmaları ilə artıq Avropada hər kəsə tanışdı.

 

Sözün düzünü desək, Avropa çempionatındakı birinci oyununun ikinci hissəsindən nə əvvəl, nə də sonrakı qarşılaşmalarda doğru-dürüst və həvəsli komanda gördük.

 

Açılış oyununda sensasiya ilə sonuncu çempion və yarışın favoriti İspaniya ilə heç-heçə edən Fransaya qarşı matçda Azərbaycan futzalçıları ikinci hissədə əsas silahını işə sala bildi.

 

Lakin ispanlarla taktiki mübarizə şəraitində keçən qarşılaşmada onsuz da ikinci yeri təmin olunaraq, pley-offa çıxdığı məlum olan kollektivin nə üçün sona qədər qələbə uğrunda mübarizə aparmadığı anlaşılmaz qaldı. Axı bu halda Ukrayna ilə qarşılaşaraq daha münasib nəticə ilə bu yarışı tam fərqli notlarla bitirmək olardı.

 

Bu, komandanın özündən çox futzalımız üçün vacib idi. Doğrudu, buna qədər də belə nikbin notlarla başa çatan yarışlardan sonra futzalın inkişafı üçün doğru-dürüst addımlar atılmamışdı. Hələ bu yarış da göstərdi ki, artıq bu məsələyə ləngimədən kompleks şəkildə yanaşılmalıdı. Əks təqdirdə, milliləşdirilmiş braziliyalılarla futzalın inkişafına ümid etmək olmayacaq.


Zaur Axundovin fikri isə hindu və çukçalarda qalıb. Uğurun ən qısa yolunu Braziliya çimərlmiklərində qabağına keçənləri götürüb Bakıya gətirməkdə və milliləşdirməkdə görən, bunun çıxış yolu olmadığını gec də olsa anlayandan sonra gözü orda-burda qalan federasiya prezidenti məsuliyyət daşıdığı sahəni uçuruma aparır.

 

Bu zati-məxluqu futzal, milli, ölkənin reytinqini maraqlandırmır. Ounn üçün bütün bunlar qazanmaq və tanınmaq vasitəsidi. «Mənə ölkə çempionatı və klublar maraqlı deyil» söyləmiş Axundov kimə və niyə hesabat versin ki..? Özünü çox arxalı və güclü sayır zatən.

 

Elxan Məmmədov da ondan çəkinir. Portuqaliya rüsvayçılığından sonra AFFA-nın baş katibinin səsləndirdiyi bütün fikirlər Axundovun qorunmasına və müdafiəsinə yönəlikdi. «8:1 uduzmaq qəbahət deyil», «Axundov emosional çıxış edib» və bu qəbildən olan digər açıqlamaları, təbii ki, o, Zaur bəyin qara qaşına, qara gözünə vurulduğu üçün söyləməyib.

 

İkisi də Elşad Nəsirovun «çətir»i altındadı. AFFA və SOCAR-ın vitse-prezidenti mühafizəçi statusundadı – birinə futzal və «Keşlə»də, birinə də federasiyanın mərkəzi ofisində.


MUSA

Tarix: 13 Fevral 15:36    Oxunub: 334    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.