Azərbaycanlı hücumçu BAL klubuna qələbə qazandırdı

Türkiyə BAL Liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun çıxış etdiyi "Ağrıspor" doğma meydanda ən yaxın izləyicisi "Batman Bələdiyəspor"u qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Röyal Nəcəfov bu matça start heyətdə başlayıb.

 

O, 24-cü dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub. Bununla da təcrübəli forvard Türkiyədə vurduğu qolların sayını 13-ə çatdırıb.

 

Qələbə sayəsində xallarını 44-ə yüksəldən "Ağrıspor" zirvədəki yerini bir qədər də möhləmləndirib. İkinci pillədəki "Batman Bələdiyəspor"un isə 32 xalı var.

Tarix: 13 Fevral 15:24    Oxunub: 204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.