“Qızıl top”u qazanacaq? Sözsüz"

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Lester”lə oyundan (5:1) sonra komandasının yarımmüdafiəçisi Kevin De Bruyne barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi həmin qarşılaşmada 3 məhsuldar ötürmə edib.

 

Bruyne cari mövsümdə Premyer Liqada keçirdiyi oyunlarda 7 qol vurub, 15 qol ötürməsi edib. Qvardiola Bruynenin “qızıl top”u qazanacağına əmin olduğunu bildirib:

 

“De Bruyne “qızıl top”u qazana bilər? Sözsüz, qazanacaq. Bu, onun ifasında yüksək səviyyəli ilk oyun deyil. O, bütün mövsüm ərzində belə çıxış edir.

 

Kevin yaxşı bilir ki, məqsədə nail olmaq üçün titul qazanmaq lazımdı. Titul, titul, çoxlu titul. Avropada De Bruyne kimi ikinci bir futbolçu tapmaq çox çətindi”.

Tarix: 13 Fevral 15:12    Oxunub: 158    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.