"Büdcəmizə uyğun gəldiyi üçün icarəyə götürdük"

«Raul Yaqubzadəni ona görə «Sabah»a icarəyə verdik» - bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in baş məşqçisi deyib.

 

Premyer Liqanın debütantı heyətinə yeni legioner cəlb edib. Belçikanın "Standard" klubundan Faruk Miyanı icarəyə götürüb.

 

Uqandalı hücumçuyla mövsümün sonuna kimi müqavilə imzalanıb. Faruk mövsümün ilk yarısını icarə əsasında "Muskron"da keçirib.


22 yaşlı legioner ölkəsində "Vipers"in yetirməsidi. 2016-cı ildə "Standard"a keçib. Lyej təmsilçisində 5 oyun keçirib və 1 qol vurub.


S.Əliyevə inansaq, afrikalı onlara baha qiymətə başa gəlməyib: "Bundan sonra yeni transfer olmayacaq. Kimləri istədik, onları da aldıq. Faruk Miyanı bir müddətdi izləyirdim.

 

Büdcəmizə uyğun gəldiyi üçün icarəyə götürdük. Onun gəlişindən sonra hücumda seçimimiz çoxalıb. Raulu «Sabah»a verdik ki, bir az oyun praktikası toplasın. Çünki artıq bizdə əsas heyətə düşməsi artıq çətin idi".

Tarix: 13 Fevral 14:48    Oxunub: 299    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.