Yunis Hüseynov: "Meydançamız normaldı, gəlib çəkəcəklər"

«Kəpəz» Premyer Liqanın 16-cı turunda «Keşlə»ni Gəncədə qonaq edəcək.

 

Sportinfo.az bu barədə məlumatı qərb təmsilçisinin baş məşqçisi Yunis Hüseynovdan alıb. 


Onun sözlərinə görə, ötən ilin oktyabrında istifadəyə verilən stadionun meydançası hazırda normal vəziyyətdədi:

 

«Bizim «Keşlə» ilə oyunun yerini dəyişmək söhbətimiz olmayıb. Rəqibi öz doğma şəhərimizdə qəbul edəcəyik.

 

Bütün gəncəliləri ayın 18-də, saat 3-də stadiona səsləyirəm. Maraqlı və gərgin oyun olacaq. Qazonda bir problem görmürəm.

 

Oyunun «CBC Sport»la canlı yayımlanmasına etirazımız olmayıb. Gəlib çəkəcəklər. Nədən narahat olaq ki? «Kəpəz»in Gəncədə oynamasını ən çox istəyənlərdən biri mənəm». 


Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev isə saytımıza bunları deyib:

 

«Kəpəz»in Bakıda oynaması barədə söhbət şifahi olub. Amma onlar bizə rəsmi sürətdə müraciət etməyiblər. Bildiyimə görə, oyun Gəncədə keçiriləcək».

Tarix: 13 Fevral 14:00    Oxunub: 253    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.