"Vacib transferlər etdik və bu, bizə çox güc qazandırdı"

PSJ-nin hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Real”la oyun barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, uruqvaylı forvard İspaniyanın “Marka” nəşrinə açıqlamasında Madrid təmsilçisi ilə oyunöncəsi həyəcanlı olduğunu deyib:

 

“Vacib transferlər etdik və bu, bizə çox güc qazandırdı. Meydanda özünəinam hissimiz artıb. Bu da, bütün kubokları qazanmaq üçün bizi motivasiya edir. Çempionlar Liqası da bura daxildi.

 

“Real”la oynayacaq olmamız məni həyəcanlandırır. Tarixi oyun olacaq. Stadionda möhtəşəm atmosfer olacaq. Çempionlar Liqasını qazanmaq və bu hədəfə öz qollarımla töhfə vermək istəyirəm”.

Tarix: 13 Fevral 13:36    Oxunub: 189    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.