"Qarabağ"da yaxşı işlər görür

“İbrahim Sehiçlə Türkiyədəki toplanış zamanı görüşdük. O, "Qarabağ"ın düşərgəsində idi, mən də klubumla birlikdə”. 


Sportinfo.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina millisinin sabiq üzvü Tomislav Piplitsa deyib. 

 


1987-ci ildə keçirilən gənclər arasında dünya çempionatında qızıl medal qazanan veteran qolkiper ölkəsinin mətbuatına danışıb.

 

49 yaşlı Piplitsa həmyerlisinin Çempionlar Liqasının qrup mərhələsindəki çıxışına toxunub. Hazırda Almaniyanın “Aylenburq” klubunda çalışan mütəxəssis Sehiçin oyunun müsbət dəyərləndirib:

 

“Sehiç öz üzərundə çox işləyib və əla qapıçı səviyyəsinə yüksəlib. Ona uğurlar arzu edirəm və arzulayıram ki, ən yaxşılardan biri olsun.  İbrahim komandasında yaxşı işlər görür, üstəlik, böyük tərəqqiyə nail olub”.

 

Tomislav “Qarabağ”ın qolkiperinin ölkəsinin millisinin əsas üzvü ola bilməməsini bəxtsizliklə əlaqələndirib:

 

“Sehiçin bəxti onda gətirməyib ki, Asmir Beqoviçlə eyni dövrə düşüb. Asmirin “Çelsi”də işləri yolunda getməsə də, həvəsdən düşmədi. Çünki ən azı cəhd edib. Orda güclü rəqabətlə üzləşmişdi”.

 

Tarix: 13 Fevral 13:12    Oxunub: 250    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2018
25 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.