"Onun qol vurmaq bacarığı ilə bağlı heç bir şübhəm yoxdu"

“Everton”un qış fasiləsində 22 milyon avro qarşılığında “Beşiktaş”dan heyətinə cəlb etdiyi Cenk Tosun Liverpul təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkir.

 

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu yeni klubunun heyətində Premyer Liqada cəmi 3 oyunda (143 dəqiqə) şans qazanıb, qol hesabını aça bilməyib.

 

“Everton”un baş məşqçisi Sem Ellerdays İngiltərə mətbuatına açıqlamasında Cenkin Premyer Liqanın sürətinə uyğunlaşa bilmədiyini deyib:

 

“Bu, xüsusilə, yanvarda transfer edilən bir çox futbolçu üçün keçərlidi. Məşqlərdə var qüvvə ilə çalışması onun üçün çox önəmlidi.

 

Onun qol vurmaq bacarığı ilə bağlı heç bir şübhəm yoxdu. Lakin qol vurması üçün əvvəlcə bu şansı əldə etməlidi ki, bu da, hazırda çox çətindi”.Xatırladaq ki, “Everton” türkiyəli hücumçunu yanvarda, 22 milyon avro qarşılığında transfer edib

Tarix: 13 Fevral 13:00    Oxunub: 196    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Aprel 2018
21 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.