Kamran: "Oturub-durduğum müğənnilərin hamısı ilə sevgiliyəm?"

Bir müddət millimizin qapıçısı Kamran Ağayevlə sevgili olması ilə gündəmə gələn müğənni Əminə Şirinqızı aparıcılıq edəcək.

 

Sportinfo.az xəbər verir ki, “Meloman” adlanan proqram həftə içi beş gün, “Space” TV-də yayımlanacaq.

 

Verilişdə aparıcıdan əlavə, üç jurnalist və digər qonaqlar yer alacaq. Əminə Şirinqızı həm də “W-trio” qrupunun keçmiş solistidi.


Kamran bir müddət əvvəl bu haqda demişdi ki… “Xəbəri eşidib əsəbiləşdim. Mən tanıdığım Əminədirsə, onunla sevgili deyiləm, sadəcə aramızda dostluq münasibəti olub.

 

Təkcə Əminə deyil, o qədər müğənnilərlə dostluq edirəm ki... Oturub hardasa bir stəkan say içirik, o dəqiqə həmin müğənniləri sevgili adı ilə yapışdırırlar mənə. O deməkdi ki, oturub-durduğum bu müğənnilərin hamısı ilə sevgiliyəm? Ayıbdı e, vallah".

 

Tarix: 13 Fevral 12:36    Oxunub: 630    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.