"Qəbələ" iddiasız olmayacaq, narahatlıq üçün əsas yoxdu"

«Bu gün mətbuatda və sosial şəbəkələrdə istənilən klub haqda müəyyən şeylər yazılır. Elə birisi yoxdu ki, barəsində müxtəlif söz-söhbətlər yayılmasın».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş meneceri Zaur Əzizov deyib.


O, təmsil etdiyi klubun strategiyasını dəyişməyə hazırlaşması, iddiasız olacağı yönündə xəbərlərə münasibət bildirib.


Azərbaycanı Avropa Liqasında 2 dəfə təmsil etmiş əyalət təmsilçisinin rəsmisi maliyyə problemləri ilə üzləşmədiklərini, həmişəki qaydada normal fəaliyyət göstərdiklərini söyləyib:

 

«Bəlli bir büdcəmiz var və bu çərçivədə işimizi qurmuşuq. Hər şey öz axarıyla gedir. Klubumuz təkcə futboldan ibarət deyil, digər idman növlərini da əhatə edir. Birinci gündən onların işi necə gedirdisə, bu gün də həminki vəziyyətdi.

 

Heç bir axsama yoxdu. «Qəbələ» iddiasız olmayacaq. Bunu bir daha saytınız vasitəsilə «Qəbələ»sevərlərin diqqətinizə çatdırmaq istəyirəm. Narahatlıq üçün bir əsas yoxdu».

Tarix: 13 Fevral 12:24    Oxunub: 281    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.