Azərbaycanda Reynaldoya indi bu pulu verən də yoxdu

“Qarabağ"ın keçmiş futbolçusu Reynaldo Silva karyerasını Qazaxıstanda davam etdirə bilər.

 

Qış fasiləsində Trnava "Spartak"ı (Slovakiya)  ilə müqavilə imzaladıqdan 3 həftə sonra komandadan ayrılan 28 yaşlı hücumçu "Aktobe"yə keçməyə yaxındı.


Braziliyalı hazırda baxışdadı. Forması məşqçilər korpusunu qane etsə, onunla müqavilə imzalanacaq. 


2012-2017-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışan “sambaçı“nın bir problemi var – xroniki zədə.

 

Son 3-4 ildə dəfələrlə dizlərindən əməliyyat olunan forvard bu üzdən heç yeprdə qərar tuta bilmir. O, 10 min dollar qarşılığında Azərbaycana dönmək istəyib, lakin danışıqlar apardığı klublar zədəsinə görə transferindən vaz keçib (Sportinfo.az).

 

Tarix: 13 Fevral 11:48    Oxunub: 589    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.