"Kəpəz" Dario Federikonun sənəd problemini çözdü

«Kəpəz» Premyer Liqanın növbəti turunda Dario Federikonun xidmətindən yararlana biləcək. Gəncə klubu mövsümün ilk yarısını 

 

Cənibu Koreyada - “Seonqnam”da keçirən braziliyalı hücumçu ilə münasibətləri rəsmiləşdirib.

 

Bu barədə Sportinfo.az-a baş məşqçi Yunis Hüseynov məlumat verib.

 

Onun Asiyadan “Kəpəz”ə gəlməsinə icazə verən sənəd mərkəzləşdirilmiş beynəlxalq sistemə (TMS) düzgün oturdulmayıb və bu da Darionun “Neftçi” ilə matçda oynamasına əngəlləyib.


Cənubi amerikalı bura menecersiz dönüb. O, kapitan Şəhriyar Rəhimovla əlaqə saxlayaraq, yenidən göy-sarı formanı geyinmək istədiyini söyləyib. Rəhimov da öz növbəsində baş məşqçiylə danışıb, razılığını alıb və beləcə, qayıdış reallaşıb.

 

Lakin Dario Azərbaycana gəlməsini “Seonqnam” rəhbərliyinə bildirməyi unudaraq, transfer vərəqini göndərmələrini istəməyib. Üstəlik, koreyalılara aid bütün əlaqə ünvanlarını telefonunun yaddaşından silib.

 

Onun səhlənkarlığı «Kəpəz» rəsmilərinə matçdan öncəki gün məlum olub. Gəncəlilər yardım üçün AFFA-ya müraciət edib, gəl ki, qarşı tərəf iş gününün olmadığını əsas göstərərək, məsələyə operativ yanaşmayıb.


Yunis Hüseynov: «Darionun yoxluğunu «Neftçi» ilə ötən oyunda möhkəm hiss etdik. Ancaq mən deməzdim ki, o olsaydı, biz mütləq qələbə qazanacaqdıq. Sadəcə, oyun bir az başqa cür gedəcəkdi.

 

Dario bizim üçün önəmli futbolçudu. Şübhə eləmirəm ki, «Keşlə» ilə oyundan başlayaraq özünü göstərəcək. Çox təəssüflənirəm ki, sənədləri gec gəldi. Bir gün gecikmə oldu».

Tarix: 13 Fevral 11:36    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.