Millimizin futbolçusu “Lotu Quli” ilə İstanbulda görüşdü - FOTO

Azərbaycanın 17 millisinin sabiq futbolçusu Haqverdi Yusifovun “facebook”da paylaşdığı fotosu böyük marağa səbəb olub.

 

Sportinfo.az xəbər verir ki, “Bakı” və onun farm klubu (digər klub üçün futbolçu yetişdirməklə məşğul olan komanda) olmuş “Lokomotiv”in sabiq üzvü Yusifov “Lotu Quli” ilə birlikdə çəkilmiş şəklini paylaşıb.

 

Haqverdi Yusifov kriminal aləmin üzvü olan “Lotu Quli” ləqəbli Nadir Səlifovla şəklini profilə qoyub.

 

Gürcüstan azərbaycanlısı olan “Lotu Quli” 22 il həbsdə olub və ötən ilin sonlarında azadlığa buraxılıb. Onun daha sonra Azərbaycanı tərk etdiyi bildirilir. Onların İstanbulda - avtoritetin qaldığı evdə görüşdüyü ehtimal olunur.

Tarix: 13 Fevral 10:48    Oxunub: 773    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.